Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
08:41
Türkiyədə 3 günllük matəm elan edildi

Fələstində keçirilən "Böyük Qayıdış" aksiyalarına qarşı İsrail rejiminin tətbiq etdiyi terrorra görə dünyasını dəyişən dinc sakinlərin sayı 55-ə çatıb. Hadisələr zamanı 2771 dinc sakin də yaralanıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, baş verən hadisələrdən sonra dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binalı Yıldırım və hökumətin digər üzvləri ilə görüş keçirib.

Ərdoğan keçirdikləri görüşlər barədə danışaraq qeyd edib ki, Türkiyə olaraq baş verən vəhşiliyə reaksiyanı göstərmək üçün bəzi qərarlar veriblər: "Fələstinli qardaşlarımızla həmrəylik üçün ölkəmizdə sabahdan (bu gündən) başlayaraq 3 gün milli matəm elan etdik. Həmçinin sədrlik etdiyimiz İslam Əməkdaşlıq Təşkilatını da fövqəladə toplantıya çağırırıq. Cümə günü səhərdən günortaya qədər qeyri-adi iclasımızı keçirəcəyik, günortadan sonra da Yenikapı Meydanında zülmə qarşı böyük etiraz aksiyasını inşallah reallaşdıracağıq."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com