Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
12:48
Şagirdlər orta məktəb proqramını mənimsəyə bilmir - RƏSMİ

Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 30-52 faizini mənimsəyir.

Bu barədə Dövlət İmtahan Mərkəzinin dərc etdirdiyi “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

Məlumata görə, test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun məktəb proqramının 48-70%-ni mənimsəmir: "Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

Bundan başqa, ortastatistik abituriyentə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir. Attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə edək. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.87%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif-0-199 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 49.97%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : orta məktəb 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 15:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com