Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2018
11:48
1794
Gədəbəyin keçmiş icra başçısı narkotikə görə saxlanılıb

1992-1993-cü illdərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qardaşı Taleh Rüstəmovun bildirdiyinə görə, Saleh Rüstəmov mayın 8-də onun avtomobilində Bakıya gedərkən saat 15.20 radələrində Şəmkir rayonunda Yol Patrul Xidmətinin stasionar postunun qarşısında saxlanılıb.

“Şəmkir rayonu ərazisindəki stasionar postda çoxsaylı polis əməkdaşları avtomobilimin qarşısını kəsdi. Həyat yoldaşım və mənim avtomobildən düşməyimə imkan vermədilər. Salehi düşürdülər, telefon və sumkasını əlindən aldılar. Sonra Salehə qarşı külli miqdarda narkotik (Cinayət Məcəlləsinin 234.4.3 maddəsi) ittihamı irəli sürüb barəsində həbs qətimkan tədbiri seçiblər. Bütün hərəkətlər polis postundakı kameraların qarşısında olub. Saleh Rusiya vətəndaşıdır. O siqaret belə çəkmir. Azərbaycana ildə cəmi bir dəfə gəlir. Bu dəfə də qohumumuzun yas yerinə gəlmişdi”, o qeyd edib.

Saleh Rüstəmov 1997-ci ildə Rusiyaya köçüb, Moskva şəhərində yaşayır. O kiçik bizneslə məşğuldur.

Mayın 10-da isə Saleh Rüstəmovun qardaşı Valehin oğlu Vidadi Rüstəmli də Bakının Nərimanov rayonu ərazisində saxlanılıb.

Ona qarşı da Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində 4 aylıq həbs qətimkna tədbiri seçilib.

Məqalədə : Saleh Rüstəmli 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 11:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru