Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2018
15:13
3164
Süd məhsulları yeni standartlarla hazırlanacaq

“Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları” İctimai Birliyi (ASEB) ölkədə bu məhsullar üçün yeni standartlar tətbiq etmək niyyətindədir.

FaktXəbər-in məlumatına görə, bunu təşkilatın icraçı direktoru Samir Eyyubov deyib.

O qeyd edib ki, Azərbaycanda “fermer südü” anlayışını təşviq etmək lazımdır: “Söhbət zəruri standartlara əməl etməklə istehsal olunan süd və süd məhsullarından gedir. Bunun üçün hazır məhsulun qablaşdırılmasında xüsusi loqotiplər yerləşdirilməlidir. İndi biz müvafiq standartların yaradılması üzərində işləyirik”.

Onun sözlərinə görə, bu məhsulun Azərbaycan bazarında təşviqi üçün bir sıra marketinq tədbirləri hazırlanır.

Məqalədə : Süd 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 12:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com