Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2018
12:37
Azərbaycanda 53 əcnəbi saxlanılıb

Mayın ilk 10 günü ərzində  Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 22 Pakistan, 20 Özbəkistan,  6 Hindistan,  2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan vətəndaşı olmaqla, ümumilikdə 53 əcnəbi saxlanılıb.

DMX-dən  FaktXəbər-ə verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Həmçinin, 19 nəfər Özbəkistan vətəndaşının və 1 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Bundan əlavə, ölkədə qanunsuz yaşayan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azərbaycan Respublikası ərazisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ünvanlarda yerləşdirilməsini həyata keçirib, onlara Azərbaycanda müvəqqəti yaşama icazəsi alacağına vəd verməklə, müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiyaya şərait yaradıb.

Qeyd edilən əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də  Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti  qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

Məqalədə : DMX 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54753

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52839

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54255

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53979

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59404

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53681

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54035
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 14:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru