Vüqar Bayramov: Sanksiyalar birgə layihələrə mənfi təsir göstərə bilər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2018
11:41
2075
Vüqar Bayramov: Sanksiyalar birgə layihələrə mənfi təsir göstərə bilər

ABŞ-ın İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir. Neftin bir barelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır.

FaktXeber.com-un verdiyi məlumata görə, iqtisadçı alim Vüqar Bayramov bu məsələni şərh edib. Onun sözlərinə görə, ABŞ Prezidentinin son qərarı neft bazarın həm psixoloji, həm də iqtisadi təsirlər göstərir: «Belə ki, ötən il 2.13 milyon barel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barel azaltması təhlükəsi var. Bu iqtisadi baxımdan neftin hər barelində 6 dollar artım deməkdir. Sanksiyalar fondunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq».

İqtisadçı bildirib ki, Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır: «Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə Ərəbistanı üçün neftin bir barelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir».

Ekspert İrana tətbiq edilən sanksiyaların Azərbaycana birbaşa və dolayı təsirləri baxımdan da qiymətləndirilməli olduğunu vurğulayıb: «Belə ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına görə, neftin 2018-ci ildə bir barelinin orta qiyməti 70 dollar olarsa o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa isə 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxil olmalarının artması baxımdan vacibdir. Bununla yanaşı, sanksiyaların İran ilə əlaqələrimizə təsir göstərəcəyi gözlənilir. Belə ki, artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar. Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər».

 «Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə o zaman yeni sanksiyalar İran ilə iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək», - deyə Vüqar Bayramov sözlərini yekunlaşdırıb.

Məqalədə : Vüqar Bayramov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 22:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com