Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
15:53
2019
Nizami Cəfərov: Dilimizdə bu qədər durğu işarəsinə ehtiyac yoxdur

"Azərbaycan dili yazı qaydaları etibarı ilə çox mükəmməl dillərdən biridir. Bizim yazı qaydalarımızda problemimiz yoxdur. Ziyalılarımız, əli qələm tutanlarımız demək olar, normal yazırlar. Bir az durğu işarələrində problemlərimiz var. Çünki yazı dilimizdə durğu işarələrimizi həddindən çox artırıblar. Bu qədər durğu işarəsinə ehtiyac yoxdur."

FaktXəbər-in məlumatına görə, bu sözləri APA TV-yə müsahibəsində Azərbaycan Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov fikirlərini əsaslandırmaq üçün bəzi misallar da çəkib: "Məsələn, “ki” bağlayıcı deyilsə, orda ehtiyac yoxdur. Bizdə isə harada “ki” görürlərsə, orada vergül qoyurlar. Bunun üçün orta məktəbi yaxşı oxumaq lazımdır. Məsələn, “Mən ki bu məsələdə öz razılığımı bildirməmişəm” cümləsində “ki”dən sonra vergül qoymaq lazım deyil. Yaxud feli bağlama tərkiblərindən sonra hər yerdə vergül qoyurlar. Tutalım, “filankəs filan işi görüb...” -  sonra vergül qoyurlar. Ehtiyac yoxdur. Bu nəyi dəyişir? Şifahi nitqimizdə isə problemlər var. Bu da yalnız Azərbaycan dilinə aid deyil. Dünyada elə bir dil tapmazsan ki, o dildə danışan insan qaydalara tam əməl eləsin. Mümkün deyil. Yetər ki, bu qabarıq olmasın."

Məqalədə : Nizami Cəfərov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 05:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status