Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
14:12
Bayram Səfərov Paşinyana qarğış elədi

FaktXəbər bildirir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına danışarkən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfərini şərh edib:

“Nikol Paşinyanın Şuşaya getdiyi yerdə qıçları qırılsın! Hazırda Paşinyanın baş nazir kimi nə edəcəyini, bundan sonra hadisələrin hansı istiqamətdə davam edəcəyini demək mümkün deyil. Çünki Paşinyan gərək öz komandasını yığsın və mövqeyini bildirsin. Zamanla onun nə etmək istədiyini görəcəyik. Paşinyan hər halda Ermənistan xalqının nümayəndəsidir. Biz onun  Serj Sarkisyan, ya da Robert Koçaryan kimi hərəkət edəcəyini, yoxsa siyasətini dəyişəcəyini bilmirik. Yeni baş nazir işğalçılıq siyasətindən əl çəkərsə, ermənilər qonşuluq etmək istəyəcəklər”.

B.Səfərov qeyd edib ki, N.Paşinyanın əsas məqsədləri zamanla bilinəcək:

“Bəs Paşinyan hara getsin? Türkiyəyə, ya Azərbaycana? Əlbəttə, o, xalqın arasında jest etməli, yalandan atılıb-düşməlidir. Ermənistandakı proseslərin necə olacağını, Paşinyanın kim olduğunu görmək zaman tələb edir. Amma yeni baş nazir Ermənistanı işğalçılıq siyasətindən daşındırmalı və Azərbaycanın  zəbt edilən bütün torpaqları azad olmalı, Ermənistan xalqı da, dövləti də bizdən kömək istəməlidir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bayram Səfərov Paşinyan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 20:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com