Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
10:00
Eldar Mahmudovun qızına qarşı iddia təmin edildi

Bakı Apellyasiya Məhkəməsində “Eyfel” MMC-nin Nigar Mahmudova və başqalarına qarşı iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, tikinti şirkətinin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin N.Mahmudovanın xeyrinə çıxardığı qətnamə ləğv olunub. Məhkəmə “Eyfel” MMC-nin iddiasını təmin edib.

Qeyd edək ki, “Eyfel” MMC N.Mahmudova, Q.Şahqasımov və T.Əzimovanı məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən tikinti şirkəti müqavilələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması barədə tələb irəli sürüb. Məhkəmə hər üç iddianı təmin etməyib. Qərardan narazı qalan “Eyfel” MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, N.Mahmudova keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızıdır.

Məlumata görə, “Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanovdur. O, şirkəti vaxtilə “MTN işi”nə görə axtarışda olan “Akula Akif“ ləqəbi ilə tanınan Akif Mustafayevlə birgə təsis edib. Daha sonra Y.Qurbanov dələduzluqda təqsirli bilinib və 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum olunub. Lakin sonradan şərti cəza alaraq azadlığa buraxılıb.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Eldar Mahmudov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 16:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com