Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2018
21:24
Bakı Nəqliyyat Agentliyi müsabiqə elan etdi - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA)19 nömrəli müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutu üzrə müsabiqə elan edir.

BNA-dan FaktXəbər-ə verilən məlumata görə, müsabiqənin şərtlərinə görə, Əliyar Əliyev küçəsi (“Çermet” kimi tanınan yaşayış massivi) – Neftçilər prospekti, Bakı Dəniz Vağzalı istiqamətində xidmət göstərilməsi üçün daşıyıcıdan ən azı 15 avtobus tələb olunur. Bu avtobuslar ən azı 75 sərnişin tutumuna və sayı 30-dan yuxarı oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 06:00-da reysə başlamalı, 23:45-də isə reysi bitirməlidir.

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, təşkil ediləcək yeni marşrut xətti Əliyar Əliyev (“Çermet” kimi tanınan yaşayış massivi), Y.V.Çəmənzəminli, A.Nemətulla küçələri ilə metronun “N.Nərimanov”, “Gənclik”, “Ş.İ.Xətai” və “Sahil” stansiyalarını əlaqələndirəcək.  

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası”na uyğun keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər daha ətraflı məlumatı www.bna.az saytından əldə edə bilər.

Məqalədə : BNA marşrut müabiqə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14147

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12812

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14205

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13809

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19174

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13678

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13777
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru