Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2018
21:32
Nazirlik: Kriptovalyutadan gəlir əldə edənlər vergi verməlidir

“Azərbaycan vergi qanunvericiliyində gəlir vergisində kriptovalyuta istisna deyil”.

Bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.

Onun sözlərinə görə, fiziki şəxsin kriptovalyuta aktivlərinin qiymətinin artdığı təqdirdə mütləq vergi ödənilməlidir.

“Mən hər hansı kriptovalyutanı 1000 dollara əldə etmişəmsə, bu gün onun qiyməti  9000 dollar olubsa, arada olan fərqə görə gəlir vergisi ödənilməlidir. Əgər mən onu Bitcoinə satdımsa, mən buna görə gəlir vergisi bəyannaməsi təqdim etməliyəm, vergi orqanında uçota durmalıyam və əldə etdiyim gəlirə görə də 101,2 maddəyə görə də gəlir vergisi ödəməliyəm. Yəni, 14% + 25% dərəcə ilə vergi verməliyəm. Mənfəət vergisi baxımından isə bu gəlir hesab edilir. Mənfəət birbaşa cəlb edilən əməliyyatdır", - deyə N.İmanov vurğulayıb. (APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 18:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com