Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2018
15:01
7701 nəfərdə bronxial astma xəstəliyi aşkarlanıb

“Bronxial astma xəstəliyi əsasən allergik mənşəlidir, sənaye cəhətdən inkişaf etmiş və nəmişliyi çox olan ölkələrdə yayılıb. Azərbaycanda bronxial astma xəstələrinin sayında illər üzrə azalma müşahidə edilir”.

Bu barədə FaktXəbər-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2017-ci ildə 7701 nəfərdə ilk dəfə bronxial astma xəstəliyi aşkarlanıb: “Hazırda ölkədə bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında 6-8% təşkil edir. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir”.

O da qeyd olunub ki, dünyada allergik bronxial astmanı törədən əsas səbəblərdən biri ev və məişət gənələridir: “Əsasən nəmişlik olan yerlərdə onların çoxalması üçün əlverişli şərait yaranır. Yumşaq yataq dəstində yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaratdığından, belə xəstələr yumşaq dəst əşyaların sayını azaltmalıdırlar. Xəstəliyin əsas əlamətləri kimi vaxtaşırı boğulmaları qeyd etmək olar. Bu hal yüngül əlamət kimi, bəzən isə ağır nəticələrlə müşayiət oluna bilər. Belə olan hallarda həkimin müdaxiləsi mütləqdir”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Səhiyyə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 13:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com