Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2018
12:05
3072
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı

FaktXəbər-in yerli mediaya istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyan bu gün Belarus mətbuatına müsahibəsi zamanı bildirib ki, ölkənin baş nazirini nümayişçilər deyil, parlament üzvləri seçəcək.
 
"Biz hamımız konstitusiyaya hörmət etməliyik. Konstitusiyada isə aydın şəkildə deyilir ki, yalnız parlament baş naziri seçə bilər. Nə küçədə, nə də başqa hansısa yerdə bu baş verə bilməz. Konstitusiya ilə kimin seçilməsindən asılı olmayaraq həmin şəxsin baş nazir təyin olunması haqqında dövlət başçısı kimi fərman imzalayacağam. Əlbəttə, əgər Konstitusiya pozuntusu olmayacaqsa",-deyə prezident vurğulayıb.
 
Qeyd edək ki, Ermənistanda narazı kütlənin lideri Nikol Paşinyanın namizədliyi "Yelk" ("Çıxış Yolu") fraksiyası tərəfindən ölkənin baş naziri vəzifəsinə rəsmən irəli sürülüb. Onun əsas rəqibi isə baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyandır. Sarkisyanın varisi sayılan Karapetyan Rusiya tərəfindən də dəstəklənsə də, Paşinyanın da parlamentdəki 3 fraksiya ilə danışıqlar apardığı açıqlanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Paşinyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 20:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com