Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2018
09:17
1086
Ermənistan aprel ayında atəşkəsi 2647 dəfə pozub, əsgərini və pilotsuzunu itirib

Aprel ayında erməni silahlı bölmələri atəşkəs rejimini 2647 dəfə pozub.

FaktXəbər-in Azərbaycan Müdafiə Nazirliyinin təsdiq olunmuş məlumatlarına əsas apardığı hesablamalara görə, erməni silahlı bölmələri ay ərzində cəbhənin müxtəlif istiqamətlərində - Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Tovuz, Gədəbəy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Goranboy rayonlarında yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı pulemyotlardan və qumbaraatanlardan atəşə tutub.

Cəbhənin bütün istiqamətlərində düşmən cavab atəşləri ilə susdurulub.

Ötən ay - 15 aprel tarixində Dağlıq Qarabağda atəşkəs rejimini pozan erməni hərbçi, 1998-ci il təvəllüdlü Alek Karapetyan öldürülüb. 

Aprelin 17-də cəbhənin Tərtər istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən sıradan çıxarılıb.

Müdafiə Nazirliyi həmçinin erməni mediasının cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun hərəkətliyi və zirehli texnika yığması barədə yayılan məlumatlara da münasibət bildirərək, “son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”, - deyə qeyd edib.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq isə Azərbaycan ordusunun Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində 2 aprel tarixində keçirilən təlimlərdə döyüş atışları icra olunub.

Məqalədə : atəşkəs 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 06:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru