Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2018
17:15
3019
Luis Hamilton Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub

18.01 - Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hamilton  olub.

İkinci yerdə Kimi Raykonnen (“Ferrari”), üçüncü yerdə Serxio Peres (“Force India”) qərarlaşıb.

***

17.14 - Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb.

Start verilən kimi birinci dövrədəcə iki pilot mübarizəni dayandırmalı olub. “Force India” komandasının pilotu Eseteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər iki pilot birinci döngəni tamamlamadan yarışda mübarizəni dayandırıblar.

“McLaren” komandasının pilotu Fernando Alonso isə yarış zamanı bolidinin ön və arxa təkəri partlasa da, pit-stopa gedərək təkərləri dəyişə bilib və mübarizəni davam etdirir.

***

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. 

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən açılış mərasimi maraqlı anları ilə yadda qalıb. Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib. Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayıb.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayanıblar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Məqalədə : Formula 1 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
36

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
266

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
123

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
118

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 20:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru