Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
11:36
1794
In söz verib ki, İnin yuxusuna haram qatmayacaq

Cənubi Koreya prezidenti Mun Çje İn ölkəsində səfərdə olan Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı Seuala dəvət edib. FaktXəbər bildirir ki, bu barədə aprelin 27-də keçirilən brifinqdə prezidentin mətbuat katibi Yun Yen Çxan məlumat verib.

Cənubi Koreya prezidentinin mətbuat katibi deyib ki, ölkə başçısı Mun Çje İn Pxanmuncom kəndində qarşılama mərasimində qarovul dəstəsinin az olmasına görə Kim Çen Ina üzrxahlıq edib: "Fəxri qarovula baxış zamanı prezident Mun qeyd edib ki, əgər o Mavi saraya gəlsəydi, onda qarovul tam tərkibli olacaqdı. Şimali Koreya prezidenti isə cavabında bildirib ki, əgər Mavi evə dəvət olunsaydı, ora gələrdi".

Koreya prezidentləri arasında görüş zamanı KXDR lideri Cənubi Koreya prezidentinə deyib ki, onun şimaldan atılan raketlərə görə tez yuxudan durmağından xəbəri var və çalışacaq ki, bir də onun yuxusuna haram qatmasın.

Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 05:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com