Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
10:11
2901
MSK o partiyaların adlarını açıqladı - SİYAHI

Azərbaycanda 2017-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyən 11 siyasi partiyanın adı açıqlanıb.

Bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Azadlıq Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Partiyası, Milli Hərakat Partiyası, Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır.

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Hərakat Partiyası, Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası 2016-ci il üzrə də maliyyə hesabatını MSK-ya təqdim etməyib.

Ədliyyə Nazirliyində qeydiyyata alınan 55 siyasi partiyadan 44-ü 2017-ci il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib. Həmin partiyalar bunlardır: Yeni Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Kommunist Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Liberal Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Konqres Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Milli Vəhdət” Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Aydınlar Partiyası, “Ana Vətən” Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Yurddaş Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, “Qorqud” Partiyası, Müasir Musavat Partiyası, “Ədalət” Partiyası, Milli Qurtuluş Partiyası, Sosial Ədalət Partiyası.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Məqalədə : MSK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
67

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
91

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
640

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
472

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
488

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
537

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
567

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
542
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 11:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru