Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
11:28
ABŞ-da silahlı şəxs İran nümayəndəliyinə hücum edib - VİDEO

FaktXəbər-in "Wjla" saytına istinadən verdiyi məlumata görə,  ABŞ-da tapança və bıçaqla silahlanmış bir nəfər İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib. Hücum edən şəxs fars mənşəli olub və hücum edərkən söyüş və təhqirlərdən istifadə edib.

Hadisə nəticəsində 1 nəfər ağır yaralanıb. Hüquq-mühafizə orqanları əməkdaşları silahlı şəxsi saxlayıblar. Saxlanılan şəxsin Texas sakini 55 yaşlı Əlirez Fahar olduğu müəyyən olub.

Hadisə şahidləri bildirib ki, hücum zamanı fars dilində nəsə qışqırıb.

Məlumat üçün qeyd edək ki, İranın ABŞ-da səfirliyi yoxdur, sadəcə, Pakistan səfirliyi yanında İranın maraqları bölməsi var və orada viza və pasportlar işlənilir. Bölmə İranın ABŞ-dakı konsulluq nümayəndəliyi kimi fəaliyyət göstərir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 22:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com