Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
16:53
1293
Aqolli: Dayanmaq istəmirəm, hələ ki, həvəs var

"Özümü çox yaxşı hiss edirəm və inanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam". Bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib. Ölkəsinin mətbuatına danışan albaniyalı futbolçu Ağdam klubundakı gələcəyindən də söz açıb: "Artıq 8 ilə yaxındır ki, "Qarabağ"dayam. Burada özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir".

Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: "Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdır. Dayanmaq istəmirəm, çünki hələ ki, bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur.

Məqalədə : Aqolli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 12:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status