Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
15:15
`Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışacaq`

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransa var qüvvəsi ilə çalışacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirilib.

"…Mən növbəti illərdə də ikitərəfli əlaqələrimizi inkişaf etdirmək arzusunda olduğumu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransanın var qüvvəsi ilə çalışacağını bir daha vurğulamaq istəyirəm", - deyə sənəddə qeyd olunub.

Məktubda həmçinin Fransa liderinin ikitərəfli əlaqələri inkişaf etdirmək arzusunda olduğu vurğulanıb:  "Bu il fevralın 21-də Sizə göndərdiyim məktubda qeyd etdiyim kimi, bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını vacib hesab edir və yaxın aylarda Parisdə Sizinlə görüşmək arzusunda olduğumu bildirirəm".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 19:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com