Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
14:50
Bakıda tanışını öldürən şəxsə bəraət verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və qanunsuz silah saxlamaqda təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rasim Sadıqovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, V. Həsənova ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsi ilə bəraət verilib.

Ona yalnız silah saxlama maddəsi ilə 9 aylıq cəza verilib.

Məhkəmə onun hadisəni özünümüdafiə məqsədi ilə törətdiyini və zərərçəkmiş tərəflə barışdığını nəzərə alıb.

Qeyd edək ki, ötən il oktyabrın 15-də V. Həsənov münaqişə zəminində tanışı Elşən Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Münaqişənin dini zəmində baş verdiyi məlum olub./APA

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bıçaqlama 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 18:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com