Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
10:14
3710
Ceyhun Bayramovun namizədliyi daha real görünürdü və gözlənilən idi…
Nadir İsrafilov: Bircə qalır, "Fəaliyyət planı"nın icrasına ciddi nəzarətin həyata keçirilməsi

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə uzun müddətdir boş qalmış təhsil naziri postuna təyinat edilib. Təhsil nazirinin birinci müavini olan və Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən sonra Təhsil Naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov nazir kimi təsdiqlənib.

“Ceyhun Bayramovun təhsil naziri təyin edilməsinin gözlənilən və daha real idi.” 

Bu sözləri isə tanınmış təhsil eksperti Nadir İsrafilov FaktXəbər-ə son təyinata münasibət bildirərkən deyib:

“Hazırda təhsilə dair strategiyamız hazırlanıb, məqsədimiz müəyyənləşdirilib, vəzifələrimiz aydınlaşıb,  sistemin daha da optimallaşdırılması və rasionallaşdırılması üçün konkret hədəflərimiz dəqiqləşib.  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında Strateji hədəflər üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri əsaslar, icra müddəti və icraçılar belə təsdiqini tapıb. Bircə qalır, “Fəaliyyət planı”nın icrasına ciddi nəzarətin həyata keçirilməsi və bu prosesin təmin edilməsində Təhsil Nazirliyi aparatı və təhsili idarəetmə sisteminin digər yuxarı eşelonlarında vakant olan yerlərə səriştəli,  təhsili bilən və bu sahə ilə bilavasitə bağlı olan peşəkar kadrların seçilib yerləşdirilməsi, mobil və işgüzar komandanın formalaşdırılması.” 

N.İsrafilov ümid etdiyini bildirdi ki, iqtisadçı və hüquqşünaslıq ixtisasları üzrə əsaslı biliklərə yiyələnən, idarəetmə sahəsində müxtəlif vəzifələrdə kifayət qədər təcrübəyə malik, ən başlıcası isə 2013-cü ilin avqust ayından Təhsi nazirinin müavini kimi məsul vəzifə daşıyan Ceyhun Bayramov ona göstərilən etimadı layiqincə doğruldacaq: “Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində köklü islahatların aparılması, təhsilimizin taleyüklü poblemlərinin həlli istiqamətində öz hərtərəfli bilik və bacarıqlarını, idarəetmə sahəsində qazandığı təcrübəsini əsirgəməyəcək. 

Hesab edirəm ki, bunun üçün o istər nəzəri, istərsə də lazımi praktiki potensiala malikdir. Onu da əlavə edim ki, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan bu yüksək posta təyinatla bağlı bir çox adların hallanmasına baxmayaraq, yaxın beş ay ərzində nazir səlahiyyətlərini icra edən Ceyhun Bayramovun namizədliyi daha real görünürdü və gözlənilən idi.  Bizə isə gələcəyimiz hesab etdiyimiz təhsilimizin inkişafı və tərəqqisi naminə yeni nazirimizə yeni postunda yalnız səmərəli fəaliyyət və uğurlar arzulamaq düşür.”

Məqalədə : Nadir İsrafilov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru