Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
14:55
Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana səfər edib

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərində keçirilən Hind okeanı sahili ölkələrinin Hərbi Dəniz Qüvvələrinin 6-cı simpoziumunda iştirak edir.

Bu barədə FaktXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 25-dək davam edəcək simpoziumda dünyanın 35 ölkəsini təmsil edən donanma komandanları tərəfindən dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq, regional dəniz problemləri və üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti, həmçinin simpoziumla eyni vaxtda təşkil olunan Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanlarının 3-cü iclasında da iştirak edəcək. İclasda regional təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətlərə dair fikir mübadiləsi aparılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Zaur Hümmətov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com