Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
15:14
Ermənistanın xalq hərəkatının lideri Paşinyan azadlığa çıxdı-VİDEO
İrəvanda onlarla hərbçi aksiyaçılara qoşulub

15.14

Ermənistanın xalq hərəkatının lideri Nikol Paşinyan azadlığa çıxdı. Xatırladaq ki, müxalift lideri Nikol Paşinyan ilə Sarqsyan arasında 3 dəqiqə çəkən və nəticəsiz olan görüş baş tutmuşdu. Baş nazir müxalifət liderinin fəaliyyətini şantaj adlandıraraq, görüşdən sonra Paşinyanı, həmçinin daha iki deputat  Ararat Mirzoyan və Sasun Mikaelyan həbs etmisdi.

***

14.00

Sabiq prezident Serj Sarqsyanın baş nazir seçilmsinə etiraz olaraq keçirilən aksiyalara hərbçilər də qoşulublar. FaktXeber.com-un məlumatına görə, bu barədə RİA Novosti  xəbər verib.

Onlar jurnalistlərə bildiriblər ki, hərbi xidmətdədirlər. Onların üzərində silah yoxdur.

Ermənistan Müdafiə Nazirliyi  hərbçilərin müxalifətin mitinqində iştirakını kəskin tənqid edib və özbaşına hərbi hissələri buraxanlara qarşı tədbir görəcəklərini bəyan edib.

Qeyd edək ki, bazar günü Serj Sarqsyana etiraz üçün keçirilən yürüş  İrəvanın  Erebuni  rayonunda dayandırılıb. Polis xüsusi vasitələrdən istifadə edib.

Yerli əhali müxalifət liderləri və nümayişçilərin həbsinə qeyri-adi etiraz edib. Belə ki, İrəvanda yaşayan əhali əvvəlcədən elan olunduğu vaxtda (yerli vaxtla 23:00-da) pəncərələri açaraq qazanları vurmağa başlayıblar. Eyni addımı paytaxtın minlərləsakini təkrarlayıb.

2008-ci ildən Ermənistana prezidentlik edən hazırkı baş nazir Sarsyana qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Yeni Parlament Respublikası çərçivəsində baş nazir demək olar ki, ölkəyə rəhbərlik edir. Müxalifət  Sarqsyanı  qeyri-effektiv  idarəetmədə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edib. Bununla əlaqədar olaraq aprelin 17-də «Məxməri inqilab» elan etmişdi. Etirazlara baxmayaraq Ermənistan Parlamenti aprelin 17-də Sarqsyanı  hökumətin sədri vəzifəsinə təyin edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İrəvan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 23:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com