Ziya Məmmədov və Misir Mərdanovdan AÇIQLAMA

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
14:08
3326
Ziya Məmmədov və Misir Mərdanovdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Yeni baş nazir Novruz Məmmədov təyin olunub.

Yeni hökumətdə əvvəlki nazirlər təmsil olunmasa da, artıq yeni təyinatlar var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  vəzifəsindən azad edilib.  Onun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Rafiq oğlu Babayev təyin edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edilib və onun yerinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam İmdad oğlu Kərimov təyin edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vəzifəsindən azad edilib. Onun yerinə Milli Məclisin deputatı  Rövşən Şükür oğlu Rzayev təyin edilib. 

Bəs sabiq nazirlər, vaxtilə yüksək strukturlarda çalışanlar prezidentin struktur islahatlarını necə qiymətləndirir?

Milli Məclisin keçmiş deputatı Elton Məmmədov Modern.az saytına açıqlamasında qardaşı, keçmiş nazir Ziya Məmmədovun Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsinə münasibətindən danışıb.

“Ziya müəllim də, mən də İlham Əliyevi növbəti 7 il üçün prezident seçilməsi münasibətilə təbrik edirik. Bütövlükdə həm də Azərbaycan xalqını təbrik edirəm. Nazirlər Kabinetində aparılan dəyişikliklərlə onu deyə bilərəm ki, cənab prezident güman ki, hər bir təyinatı süzgəcdən keçirərək vəzifələrə təyin edib. Bu, çox yaxşı haldır. Ümumiyyətlə, islahatlar zamanı gedən modernləşmə uğurlu inkişafın göstəricisidir. Aparılan islahatlar hər halda davam etdiriləcək. Ölkə rəhbərinin strategiyasına uyğun olaraq bu işlər aparılır və təqdirəlayiqdir. Ziya müəllim də, mən də bu məsələdə eyni fikirdəyik”.

Keçmiş təhsil naziri Misir Mərdanov  yeni təyinatlarla olan tanışlığından da söz açıb.

“Prezidentin bu dəyişikliklərini yüksək qiymətləndirirəm. Yeni təyin olunanların hamısını çox yaxşı tanıyıram və hər birini təbrik edirəm. Yeni kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovu çox yaxşı tanıyıram. Qabiliyyətli insandır. ASAN xidmətə rəhbərlik edib. Yüksək tərbiyəyə və biliyə malik biridir. Bundan sonra ancaq cənab prezidentin etimadını doğrultmalıdır.

Rövşən Rzayevi də çox yaxşı tanıyıram. Vətənpərvər insandır. Milli Məclisdə təmsil olunurdu. Bundan sonra isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyət göstərəcək. Ümumiyyətlə, ölkədə aparılan bütün struktur dəyişiklikəri çox yüksək dəyərləndirirəm”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 15:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com