70 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
12:16
1686
70 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 28-i kiçik dövlət müəssisə və obyekti, 20-si istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Alıcılar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Eyni zamanda təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Cəlilabad, Lənkəran, Balakən, Xaçmaz və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 57 kv.m ilə 10 min kv.m arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Goranboy, Ağdaş, Astara və digər şəhər və rayonlarda yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Bakının Sabunçu rayonunda yerləşən kinoteatr, Nərəcan kənd Mədəniyyət evi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir Balıq Zavodu dövlət müəssisəsi belə əmlaklardandır. Həmin zavodun fəaliyyətini genişləndirməklə investor yaxşı qazanc əldə edə bilər. Daxili tələbatda balıq və balıq məhsullarına üstünlük verilməsi amili istehsalı artırmağa imkan verir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 min 500-dən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Qusar Kərpic sexini misal göstərmək olar. Həmin obyekt investorlar üçün tikinti sahəsində yaxşı qazanc deməkdir. Belə ki, Qusar rayonun turizm bölgəsi olması mehmanxanaların, kafelərin inşasını stimullaşdırır. Bu isə kərpicə olan tələbatın adı çəkilən əmlak tərəfindən ödənilməsinə imkan verir. Əmlakın ümumi faydalı sahəsi 200 kv.m-dən çox, torpaq sahəsi isə 170 min kv.m-dən artıqdır.

Özəlləşdirilməyə sərfəli qiymətə çıxarılan əmlaklar da kifayət qədərdir. Məsələn, Lənkəranda yerləşən Darquba kənd klubunun ilkin start qiyməti 3550 manatdır. Həmin əmlakın ümumi faydalı sahəsi 130 kv.m-ə yaxın, torpaq sahəsi isə 160 kv.m-dən çoxdur. Adı çəkilən obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də alıcıya əlavə imkanlar verə bilər.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 14-ü paytaxtda, qalanları isə Gəncədə, Sumqayıtda, Xaçmazda və digər şəhər və rayonlarda yerləşir. Belə əmlakların sahəsi 14 kv.m ilə 300 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Kürdəmir Kəndkimya Təchizat”, “Çatal Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri var. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2010-cu illəri əhatə edir.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 14:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com