İvanka Tramp gələn ay Qüdsdəki ABŞ səfirliyini açacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
11:32
1716
İvanka Tramp gələn ay Qüdsdəki ABŞ səfirliyini açacaq

İsrailin "Haaretz" qəzeti ABŞ prezidentinin qızı İvanka Tramp və onun həyat yoldaşı, prezident müşaviri Cerard Kuşner ABŞ səfirliyini işğal altında olan Qüdsə köçürmək üçün mərasimdə Vaşinqtonu təmsil edəcəklərini yazıb.

FaktXəbər-in məlumatına görə, qəzet İsrail rejiminin Xarici İşlər Nazirliyindəki səlahiyyətlilərə istinad edərək yazır ki, bazar günü sabah nazirlikdə keçirilən səfirliyin açılış hazırlıqlarının birində Kuşner cütlüyünün gəlməsi üçün hazırlıq qərarı verilib.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp açıqlamasında gələn ay səfirliyi işğal edilmiş Qüdsə keçirməyi planlaşdırdığını söyləyib. "Baş nazir Benyamin Netanyahuya və bütün İsrail xalqına müstəqilliklərinin 70 illik yubileyi münasibətilə ən yaxşı uğurlar arzulayıram. Əla, sizdən yaxşı heç bir yerdə dostumuz yoxdur. Səbirsizliklə gələn ay səfirliyimizin Qüdsə köçürülməsini gözləyirik!", - Tramp rəsmi Twitter hesabında yazıb. 

Xatırladaq ki, Tramp ötən il 6 dekabr tarixində işğal olunmuş Qüdsü İsrailin paytaxtı kimi qəbul edib və Dövlət Departamentinə ABŞ səfirliyinin köçürülməsi ilə bağlı işə başlamağını tapşırıb.

Məqalədə : Qüds Fələstin Donald Tramp 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 11:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com