Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
10:17
Rusiyanın müdafiə naziri Çinə gedib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin paytaxtı Pekinə səfər edib. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, rusiyalı nazir səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin hərbi idarələrinin rəhbərləri ilə müşavirədə iştirak edəcək.
 
Toplantıda Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistanın müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Tərəflər məsuliyyət zonasında yeni çağırışlar və təhlükələrə adekvat reaksiya üçün səylərin birləşdirilməsi üzrə ŞƏT-in birgə tədbirlərini müzakirə edəcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com