Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2018
19:47
6396
`Müslümov ölkə tarixinə ən mürtəce qanunlardan birinin müəllifi kimi düşəcək`
İqtisadçı ekspert Rövşən Ağayev Səlim Müslümovun vəzifədən uzaqlaşdırılmasını şərh edib

Səlim Müslümov yeni Kabinetdə yer almadı. Müslümov ölkə tarixinə ən mürtəce qanunlardan birinin müəllifi kimi düşəcək. Söhbət pensiya sistemi haqqında qanuna ötən il edilən dəyişikliklərdən gedir. 

FaktXəbər-in məlumatına görə, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun tutuduğu vəzifədən azad edilməsini şərh edərkən deyib:

"Məsələ onda deyil ki, bu dəyişikliklə orta ömür müddəti aşağı olan ölkədə pensiya yaşı inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırıldı və bununla da on minlərlə insanın ya pensiya yaşına çatmamasına, ya da pensiyaya çıxdıqdan sonra bu hüquqdan çox az yararlana biləcəcəyinə yaşıl işıq yandırıldı.

Həm də gizli işsizliyin və qeyri-leqal məşğulluğun həddən artıq yüksək olduğu ölkədə pensiyaya çıxmaq üçün staj və minimum tələb olunan sığorta kapitalı o səviyyəyə çatdırıldı ki, bu gedişlə əhalinin hər 100 nəfərindən ən yaxşı halda 30-35 nəfərinin pensiya hüququndan yararlanmaq şansı qalır. 

O, bundan əvvəl daha bir mürtəce dəyişikliyə də müəlliflik etmişdi - 2006-cı ilədək əmək haqqı yığımlarını simvolik bir rəqəmlə (hər il üçün 1.92 manat) əvəz etməklə uzun illər yüksək maaş almış insanların qəpik-quruşla pensiyaya çıxmasına səbəb olmuşdu.

Doğrudur, güman ki, bu dəyişikliklərin tək müəllifi o deyil, bəlkə heç ideya müəllifi də o deyil. Amma hər halda publik olaraq onun adına yazıldı.

Gedənin arxasınca danışmağa həmişə pis baxmışam. Amma bu yüz minlərlə insanın mənafeyinə toxunan məsələ olduğu üçün yazmaq lazımdır. Yeri gəlmişkən, bu dəyişikliklərlə bağlı müəllim nazir olanda da bloqumda geniş bir yazı yazmışdım."

Məqalədə : Səlim Müslümov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 15:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru