Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2018
18:21
Azərbaycanda bir sıra nazirlər öz yerlərinə təyin olunmayıblar

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

FaktXəbər-in məlumatına görə, yeni tərkibdə bir sıra nazirlik və dövlət komitələrinə rəhbər təyin edilməyib.

Belə ki, Azərbaycan səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi və mədəniyyət nazirləri təyin edilməyib.

Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Diaspor ilə İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə, Azərsu ASC-yə,  Dövlət İmtahan Mərkəzinə  sədr təyinatı olmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Nzirlər Kabineti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 11:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com