Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2018
10:35
1539
Elektron sistem vasitəsilə birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

2018-2019-cu tədris ili üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumtəhsil müəssisələrinin birinci sinfinə elektron sistem vasitəsilə şagird qəbulu davam edir.

Təhsil Nazirliyindən FaktXəbər-ə bildiriblər ki, aprelin 20-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə birinci sinfə qəbul üçün ümumilikdə 55 minədək sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 5.283, Gəncə şəhəri üzrə 3.645, Sumqayıt şəhəri üzrə 5.032 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə birinci sinfə gedəcək şagirdlərin sayının 17. 873 nəfər olacağı proqnozlaşdırılır.

Elektron sistem vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 40.315 sorğu yerləşdirilib. Onlardan 37.082-si ümumi təhsil məktəblərini, 3.233-ü isə lisey və gimnaziyaları seçib.

Birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı səkkiz mindən çox uşaq avtomatik birinci sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə birinci sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Bakı şəhəri üzrə isə məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatik birinci sinfə qəbul üzrə qeydə alınıb.

Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin online qeydiyyatı sentyabrın 15-dək davam edəcək.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda, Gəncə şəhəri üzrə beş, Sumqayıt şəhəri üzrə dörd, Abşeron rayonu üzrə altı məktəbdə birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək üçün yaradılmış alternativ qeydiyyat mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər. Həmçinin, birinci sinfə şagird qəbulu zamanı qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı, Gəncə və Sumqayıt şəhərinin, Abşeron rayonunun hər biri üzrə bir ümumi təhsil müəssisəsində apelyasiya komissiyaları fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümum təhsil müəssisələrinin birinci sinfinə şagird qəbuluna başlanılıb.

2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8).

Məqalədə : birinci sinfə qəbul 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 13:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status