Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2018
14:51
Azərbaycanda sponsor reklamı ilə bağlı qaydalar dəyişir

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

İclasın gündəliyinə 3 məsələ - Ombudsmanın illik məruzəsi, "Kütləvi informasiya vasitələri haqqında" və "Müəllif hüquqları və əlaqəli şəxslər haqqında" qanunlara dəyişikliklər daxil edilib.

"Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və ya satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər”.

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yenu məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur, yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur: "Haqsız, qeyri-dəqiq və gizli reklam "Reklam haqqında" qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : reklam 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 16:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com