Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2018
15:32
Rusiyanın S-350 “Vityaz” zenit-raket kompleksi - VİDEO

Rusiyanın yeni S-350 “Vityaz” zenit-raket kompleksi (ZRK) ölkənin RƏM sistemində özünəməxsus rol oynayır. S-350 raketləri “Almaz-Antey” şirkətinin məhsuludur.

Rusiya ilə Cənubi Koreyanın birgə istehsalı olan S-350 “Vityaz” ZRK cari ildən xarici sifarişçilərə təklif olunur.
Yeni sistem analoqlarından fərqli olaraq daha yığcam və ucuz olması ilə yanaşı S-400 və S-300 zenit-raket komplekslərinin bütün imkanlarına sahibdir.

S-350 ZRK-nın yaradılmasında Cənubi Koreyanın RM-SAM zenit raket kompleksinin təcrübəsindən istifadə edilib. S-350 ZRK mühüm əhəmiyyətli obyektlərin – qərargah, müəssisə, inzibati mərkəzlərin və s. hava hücumundan müdafiəsini təmin etmək üçün nəzərdə tutulub.

5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilən S-350 ZRK aerodinamik hədəfləri, təyyarələri və ya qanadlı raketləri 60 kilometrə qədər məsafədə və 10 metrdən 30 kilometrə qədər hündürlükdə məhvetmə qabiliyyətindədir. Bundan başqa, yeni kompleks ballistik raketləri 25 km-ə qədər 30 km hündürlükdə məhv edə bilir.

Bir kompleks 12 raketlə təchiz olunur, bir divizion 8 kompleks ilə silhalandırıla bilir. S-350 “Vityaz” zenit-raket kompleksinin heyəti 3 nəfərdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : S-350 ZRK 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com