Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2012
14:21
1246
FƏRRUX QAYIBOVU TANIYIRIQMI?
O, ilk azərbaycanlı hərbi pilot olub

Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlu - ilk azərbaycanlı hərbi pilot, İlya Muromets N16 adlı bombardumançının heyət üzvü, I Dünya müharibəsi iştirakçısı, poruçik.

Araşdırıcı jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, Qayıbovların şəcərəsi XV əsrə gedib çıxır. Şair Molla Vəli Vidadi də Qayıbovlardandır. Çar ordusunda "Artilerya allahı" sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun sevimli həyat yoldaşı ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi. Daha bir Qayıbov - İsmət Qayıbov da, nə yazıq ki, 1991-ci ildə göylərdə qeyb oldu. Dediyim odur ki, Fərrux ağa adını çəkdiyim və çəkmədiyim adamları yetirən hörmətli bir nəslinin davamçısıydı…

Fərrux ağa 1891-ci il oktyabrın 2-də, elə soyadı qədər şöhrətli bir kənddə doğulmuşdu - Qazax qəzasının Qıraq Salahlı kəndində. Atası Məmmədkərim ağa da hərbçi idi, praporşikdi, əla xidmətə görə "Müqəddəs Stanislav" ordeni də almışdı.

Atanın taleyi də oğluna bənzəyir. Cavankən dünyadan köçür. Fərrux ağaya əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa baxası olur.

Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır. Birinci Dünya Müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1132

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
313

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Şərhlər
nusaba tərəfindən 13-05-2012 tarixində yazıldı
giley-guzar
Bu neslin soyadini dasiyan oglum ne yazik ki,5 ildir Iktisad Universitetini bitirmiş,amma ona bu ölkede bir iş tapilmir.Halbuki,butun Bon-Appetit şebekesi,daha bilmediyim ne qeder iş yerleri onlara mexsusdur.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 23:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru