Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
16:29
Avropa Parlamentində Makrona Suriya etirazı - FOTO

Bu gün Avropa Parlamentinin iclasında çıxış edən Fransa prezidenti Emmanuel Makron etirazla qarşıanıb.

FaktXəbər-in "Reuters"ə istinadən məlumatına görə, Makron çıxışının əvvəlində bildirib ki, Avropa Birliyi xalqını müharibələrdən və avtoritar rejimlərdən qorumaq üçün reformalara getməlidir.

Makron qeyd edib ki, Avropa Birliyində artan millətçiliyə qarşı bu, ən yaxşı üsuldur: "Avtoritarizmlə mübarizəyə cavab demokratik avtoritarizm deyil, demokratiyanın avtoritarlığıdır."

Makronun çıxışı zamanı Avropa Parlamentinin üzvü olan deputatların əksəriyyəti ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya təcavüzünə etiraz olaraq "Suriyada müharibəni dayandır!", "Əllərini Suriyadan çək!" yazılmış plakatlar qaldırıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Emmanuel Makron 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 06:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com