Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
12:08
1083
Hansı hallarda KİV-ə senzura və məhdudiyyət qoyulması müəyyənləşir

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kütləvi İnformasiya Avsitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Telekkomunikasiya haqqında” və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlara əlavələr müzakirəyə çıxarılıb.

Əlavələrə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.

O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Məqalədə : KİV 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 04:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com