Bakıda avtomobildən 20 min dollar oğurlanıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
12:17
1818
Bakıda avtomobildən 20 min dollar oğurlanıb

Bakıda avtomobillərin pəncərəsini sındırıb qızıl zinət əşyası və külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində “Porche” markalı avtomobildən 20 000 dollar, “Hyundai” markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə : oğurluq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 01:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com