Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
09:22
1638
OPEK-in Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZU

OPEK 2018-ci ildə Azərbaycanda neft hasilatının ötən illə müqayisədə 0,03 milyon barrel/sutka azalacağını gözləyir. Trend-in məlumatına görə, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabata əsasən, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır.

Beləliklə, OPEK əvvəlki hesabatda qeyd olunan proqnozu dəyişməz saxlayıb:

"Birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı ki, bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına gətirib çıxardı".

OPEK-in dəyərləndirməsinə görə, yanvar ayında neft hasilatı dekabr ayı ilə müqayisədə 0,01 milyon barrel/sutka artıb və 0,75 milyon barrel/sutka təşkil edib. Bu göstərici 2017-ci ilin yanvar ayı ilə eyni olub.

Fevral ayında neft və kondensat tədarükü üzrə ilkin məlumatlar hasilatla eyni səviyyəni göstərir:

"2017-ci ildə Azərbaycan neftinin tədarük həcmi sutkada 0,05 milyon barrel azalaraq 0,8 milyon barrel/sutka təşkil edib".

Məqalədə : OPEK 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 23:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com