Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2018
14:55
2038
Jurnalistlərin `Facebook` bloqlarının bağlanması haqda açıqlama

Xəbər verildiyi kimi, Azərbaycanın bir sıra aparıcı bloqerlərinin və bəzi KİV-lərin baş redaktorlarının Facebook sosial şəbəkəsindəki səhifələri kütləvi şəkildə blok edilib.

Bloklanmanın səbəbi hələlik məlum deyil. Amma 30 günlük ban edilən sosial şəbəkə istifadəçilərinin siyahısı durmadan artmaqdadır.

İlkin ehtimala görə, buna seçilmiş hansısa paylaşımlara görə gələn çoxlu şikayətlər səbəb olub. Belə ki, Facebook-dakı şikayətlərə baxan sistem çoxsaylı şikayətlərə yönləndirilib.

Bununla yanaşı, bu cür qərarlara apellyasiya göndərmək cəhdi də alınmır - moderatorlar apellyasiyaya həmişə baxmırlar.

Hələlik azərbaycanlı blogerlərin Facebook-da bloklanmasının arxasında kimin dayandığı bilinmir. Lakin bu hal, yuxarıda da vurğuladığımız kimi, günbəgün artır.

Xatırladaq ki, bir çox tanınmış jurnalistlərin, o cümlədən virtualaz.org və haqqın.az informasiya-analitik portallarının baş redaktoru Eynulla Fətullayevin sosial şəbəkədəki səhifəsi hələ də blokdadır.

Virtualaz.org azərbaycanlı jurnalistlərin kütləvi şəkildə bloklanması ilə əlaqədar məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova müraciət edib.

Diplomat səfirliyin Facebook rəhbərliyi ilə əlaqə saxladığını,azərbaycanlı istifadəçilərin bloklanması ilə bağlı məsələyə aydınlıq gətirilməsini tələb etdiyini bildirib.

“Hələlik Facebook rəhbərliyi ilə görüş barədə sorğuma cavab gəlməyib, amma biz şirkətlə daim əlaqədəyik və məsələni nəzarətdə saxlayırıq”,- deyə səfir vurğulayıb.

Məqalədə : Elin Süleymanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
229

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1844

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
381

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1311

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
448
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 04:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru