Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2018
16:49
Polis seçkilərdə bülletenlərə “Diktator” yazanları tapdı

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb və onların adları bülletenlərə daxil edilmişdi. Seçki günü ölkə üzrə qeydə alınmış seçicilərin təxminən dörddə üçü, yəni 74,3 faizi məntəqələrə gələrək istədiyi namizədə səs verdi. Əvvəldən proqnozlaşdırıldığı kimi, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti – 86,03 faizi hazırkı dövlət başçısı İlham Əliyevi dəstəklədi.

İstər yerli, istərsə də xarici müşahidəçilərin rəyinə görə, seçkilər mütəşəkkil şəkildə, seçicilərin yüksək fəallığı şəraitində baş tutdu. Amma həmişə olduğu kimi, bu dəfə də prosesə kölgə salmaq istəyən, seçkilərin şəffaflığını şübhə altına almağa cəhd edən qüvvələr də tapıldı. Marginallaşmış müxalifətə, radikal dindar qruplara və xaricdəki antimilli ünsürlərə bağlı olan bəzi şəxslər aldıqları təlimata uyğun olaraq, bülletenləri korlamaqdan da çəkinmədilər. Onlar namizədlərdən hansısa birinə səs vermək əvəzinə, aldıqları bülletenin üzərinə "Diktator” sözü yazaraq qutuya atdılar.

Hüquq mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, məntəqələrdə quraşdırılmış müşahidə kameraları vasitəsilə həmin şəxslərin kimliyi müəyyənləşib. Bəziləri artıq polis bölmələrinə çağırılıb, digərləri haqqında isə ən yaxın zamanlarda tədbir görüləcəkdir.

Məlumatı verən mənbə onu da qeyd etdi ki, dünəndən başlayaraq Milli Şura və Müsavatın aprelin 14-nə təyin etdiyi mitinqin təşkilatçı və fəallarından bir çoxu polis bölmələrinə çağırılıb. Bu gün, sabah və mitinqdən sonra onlar haqqında inzibati cəza tədbirlərinin görülməsi planlaşdırılır. Eyni zamanda, "Məhsul” stadionunda quraşdırılmış üztanıma kameraları vasitəsilə mitinq iştirakçılarının şəxsiyyəti müəyyənləşdiriləcək, istər büdcə təşkilatlarında, istərsə də özəl qurumlarda çalışanların həm özləri, həm də yaxınları işdən azad ediləcəklər. Ali məktəblərin rəhbərlərinə də aksiyaya gedən tələbələr barədə müvafiq tədbirlərin görülməsi tapşırılıb.(Azxeber)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 06:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com