Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2018
11:56
Rusiya: `Siemens` şirkəti etibarsız tərəfdaşdır

"Siemens (SIEGn.DE) alman sənaye qrupu ilə Rusiya şirkətləri arasında çıxan ziddiyyətdən sonra ortaq sayıla bilməz. FaktXəbər "Reuters"ə istinadən bildirir ki, bu barədə ictimaiyyətə Rusiyanın baş nazirinin müavini Arkadiy Dvorkoviç bildirib.

Qeyd edək ki, "Siemens" şirkəti ötən il Rusiya tərəfinin aldığı və Krım yarımadasına göndərilən qaz turbinlərini Avropa İttifaqının təkidindən sonra Moskvadan geri istəyib.

Avropa İttifaqı və Birləşmiş Ştatlar Rusiyanın Enerji Nazirliyinin yüksəkçinli iki rəmisi və iki şirkətinə Krıma turbinlərin tədarükünü təşki letdiyi üçün sanksiya tətbiq edib.

""Siemens"lə bundan sonra necə işləyə bilərik ki, onlar bizim həmkarlarımıza sanksiya tətbiq edib. Təəssüf ki, onlar (Siemens) etibarlı tərəfdaş sayıla bilməz",-deyə Dvorkoviç Krasnoyarskda forumda çıxışı zamanı vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Siemens 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com