Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
12:49
Meşəyə oğrular gəlmişdi

Aprelin 9-da  Oğuz rayon meşə mühafizə və  bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd  meşəbəyliyinin  ərazisindən ağac  materialının oğurlandığını bildiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan FaktXəbər-ə verilən məlumata görə RPŞ əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri  Taleh Məhərrəmov və Xəyal İmamverdiyev  saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onlar ifadələrində mart ayının 18-də   həmin ərazidən 1590 manat dəyərində  16 kub meşə materialını oğurlayıb,  Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər. 

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : meşə ağac kəsimi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 22:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com