Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2018
19:02
816
Səsvermə başa çatdı

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar bu gün saat 08:00-da başlayan səsvermə başa çatıb.

FaktXəbər-in məlumatına görə, saat 19:00-da seçki məntəqələrinin qapıları bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.

Ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 4 milyondan çoxu səsvermədə iştirak edib.

Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi var. Ölkədə daimi seçki məntəqələrinin sayı 5426, müvəqqəti seçki məntəqələrinin sayı isə 215-dir. Seçki komissiyalarına 5253 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü təyin olunub.

Seçkilərdə 8 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

Məqalədə : Prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 07:09

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status