Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2018
09:29
Mərkəzi Bank hərraca 200 milyon manatlıq not çıxarır

Aprelin 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının həcmi 200 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən FaktXəbər-ə verilən məlumata görə, hərraca çıxarılan 2 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il mayın 10-da ödəniləcək.

Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır - 1 rəqabətli və 1 qeyri-rəqabətli.

Qeyd edək ki, dolların aprelin 11-ə olan kursu 1,70 AZN-dir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mərkəzi Bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 00:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com