Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2018
15:56
`Trabzonsopr`da Ramil Şeydayev şoku
"Zenit" millimizin futbolçusuna görə FİFA-ya şikayət edib

Rusiyanın “Zenit” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə FİFA-ya şikayət edib. FaktXeber.com-un TRTSpor-a istinadla verdiyi məlumata görə, Trabzon klubunun 73-cü Baş Assambleyasında Sankt-Peterburq təmsilçisi öz yetirməsinə görə yetişdirmə haqqı tələb edib.

Trabzonspor-un Zenitdən təzminat ödəmədən heyətinə qatdığı, ancaq məhsuldarlığından razı qalmadığı üçün  əvvəlcə Slovakiyanın "Jilina", sonra isə Azərbaycanın  "Qarabağ" klubuna transfer edilən Ramil üçün yetişdirmə haqqına görə FİFA-ya müraciət etdiyi bəlli olub.

Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb. 2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb. Azad agent statusunda olan futbolçu 12 iyul 2016-cı ildə Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Onunla 4 illik müqavilə imzalanıb. Müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayev 11 fevral 2016-cı ildə Slovakiyanın "Jilina" komandasına icarəyə verilib. O, daha sonra 2017-ci ilin avqustunda Qarabağ FK-na icarəyə verilib. Qarabağla ilk oyununu 17 sentyabr 2017-ci ildə Kəpəzlə maçda keçirib. 31 oktyabr 2017 ildə Atletiko Madrid - Qarabağ (1:1) oyununda Çempionlar Liqasında debüt edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramil Şeydayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2018 06:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com