Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
15:39
2551
Həftənin ən yaxşı futbolçusu açıqlanıb

FaktXəbər-in verdiyi xəbərə görə, UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu açıqlayıb. İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı futbolçu seçilib. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Misirli oyunçu səslərin 57 faizini toplayıb. İkinci yerə isə İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu 35 faiz səs yığıb. Almaniya "Bavariya"sının yarımmüdafiəçisi Xames Rodriqes isə 5 faiz səslə 3-cü olub.

Qeyd edək ki, "Liverpul"un Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda Məhəmməd Salah 1 qol vurub.

Məqalədə : Məhəmməd Salah 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 04:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com