Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
12:25
FTX: Türkiyə Rusiyada terror aktının qarşısını almağa kömək edib

Rusiyanın xüsusi xidmət orqanları ABŞ və Türkiyədən aldığı məlumatlar əsasında yeni il bayramı ərəfəsində iki terror aktının qarşısını alıb. FaktXəbər-in "RT"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov Moskvada beynəlxalq təhlükəsizlik üzrə konfransda danışıb.

O, qeyd edib ki, ötən il Birləşmiş Ştatlar Rusiyanı vaxtında xəbərdar edib ki, Sankt-Peterburqda yeni il bayramı zamanı terror aktı hazırlanır.
 
"Eyni zamanda daha bir terror aktının qarşısı Türkiyədən alınan məlumat əsasında alınıb",-deyə Bortnikov əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FTX 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com