Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2018
23:30
Qeyri-adi üsulla dərs keçən daha bir müəllim - VİDEO

Saatlı rayonunda ibtidai sinif müəlliməsi şagirdlərə qeyri-adi üsullarla dərs öyrədir. Şagirdlərin tapşırıqları daha yaxşı mənimsəməsi üçün açıq havada çəmənlikdə dərs keçir.

Şagirdlər ağacların altında, çəmənlərin üzərində oturub dərs öyrənirlər.

Basqa dərslərdə isə xüsusi formalarını geyinib mövzuya  uygun həyətdə əyani dərs öyrənirlər.

Bura Saatlı rayon Qarayevkənd kənd orta məktəbəidir. Məktəbin ibtidai sinif müəlliməsi Gülnar Muxtarova  havaların xoş keçməsindən istifadə edərək şagirdlərə dərs prosesini sinif otaqlarında deyil  açıq havada izah edir.bu da şagirdlərə dərsləri yaxşı qavraması ilə yanaşı onların marağını artırır.Qeyri-adi dərs üsulu şagirdlərin xoşuna gəlir.

İbtidai sinifin bu günki dərs mövzusu təbiəti qorumaqdır.Müəllimə də şagirdlərlə birlikdə gül əkir ,onlara qulluq yollarını öyrədir.

Gülnar Muxtarova şagirdlərə dərsləri aşılamq üçün müxtəlif üsullara əl atır.O bəzən şagirdləri açıq havaya çıxardır,sərbəst dərs hazırlamalarına imkan yaradır.

Onu bu formada dərs keçməsi  şagirdlərlə yanaşı valideynlər və məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanıb...

Bundan əlavə Direktor Zakir Tağıyev bildirir ki, müəllimə valideynlərlə də sıx münasibətdə olur şagirdlərin vəziyyəti barədə məlumat verir. (Xezerxeber)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : müəllim kreativ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com