Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2018
12:54
885
Akif Nağı Hindistan səfirliyindən cavab tələb etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində hindistanlı iş adamlarının sərgi açması ilə bağlı mətbuatda gedən məlumatla əlaqədar Hindistanın Azərbaycandakı səfiri Sanjay Ranaya müraciət göndərib.

QAT mətbuat xidmətindən FaktXəbər-ə daxil olan müraciətdə deyilir: "Mətbuatda gedən məlumatlara görə, Hindistanın bir neçə şirkəti tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində, Xankəndi şəhərində ərzaq, paltar, ədviyyat, bəzək əşyaları və sairdən ibarət sərgi təşkil olunub. Mətbuatda sərginin təşkilatçıları kimi hindistanlı iş adamları Aman Xan, Vidjey Qoelin adları hallanır. Xahiş edirik bu məsələyə aydınlıq gətirəsiniz, Azərbaycan ictimaiyyətinə cavab verəsiniz. Hər kəsə məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ və digər əraziləri Ermənistan tərəfindən işğal olunub, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərinin 20 faizini zəbt edib, bu işğal nəticəsində 20 mindən çox azərbaycanlı qətlə yetirilib, Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər yaşayış məntəqələrində soyqırım törədib. Ona görə də işğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimlə hər hənsı əlaqənin qurulması işğalçının, terrorçunun, separatçı rejimin dəstəklənməsi, himayə edilməsi kimi qiymətləndirilməlidir. Bir daha müraciət edirik ki, bu məsələyə aydınlıq gətirəsiniz. Əgər fakt təsdiqini taparsa, biz bunu Hindistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizliyi kimi, terrorçu və separatçı rejimə, həmçinin işğalçı Ermənistana dəstəyi kimi dəyərləndirəcək, Hindistanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacağıq."

Məqalədə : Akif Nağı QAT 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 17:33

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status