Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2018
13:56
Rusiyada ABŞ bayrağı endirildi

ABŞ-ın ölkədən qovduğu Rusiya Səfirliyinin əməkdaşları ölkələrinə qayıdıblar.

FaktXəbər-in  TASS agentliyinə istinadən məlumatına görə, 46 əməkdaş və onların ailə üzvlərini daşıyan təyyarə Vnukovo-2 hava limanına enib.

Həmçinin qeyd edilir ki, diplomatları daşıyan təyyarə də yola çıxıb.

Bu arada isə ABŞ diplomatları Rusiyanın  Sankt-Peterburq şəhərindəki baş konsulluğunun binasını tərk ediblər. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, 5-7 səfirlik əməkdaşından ibarət sonuncu qrup gecə saatlarında binanı tərk edib. Onlar mikroavtobusa əyləşərək ərazidən uzaqlaşıblar.

Daha sonra binadan obyekti təhvil alan komissiya üzvləri çıxıb.   

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ Rusiya diplomatlar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com